Menu

Azərbaycan ordusunda xidmət edən qadınların sayı açıqlandı

19.02.2015, 12:02
Azərbaycan ordusunda xidmət edən qadınların sayı açıqlandı

Onlar birbaşa döyüş tapşırığının icrası ilə bağlı xidmət sahələrinə cəlb olunmurlar

Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə zabit, gizir, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi 1000 nəfərə yaxın qadın hərbi xidmət keçir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hazırda qadınlar Silahlı Qüvvələrdə tədris, tibb, kadr, artilleriya, arxa cəbhə, beynəlxalq hərbi əməkdaşlıq və digər sahələrdə hərbi xidmət keçirlər.

Nazirlikdən bildirilib ki, döyüş əməliyyatları zonasında (cəbhə xəttində) qadın hərbçilər xidmət keçsələr də, birbaşa döyüş tapşırığının icrası ilə bağlı xidmət sahələrinə cəlb olunmurlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol