“Donbas” batalyonunun komandiri və Ali Radanın deputatı Semen Semençenko bildirib ki, 17 batalyon birləşərək Ukrayna SQ-in Baş Qərargahına alternativ qərargah yaradacaqlar.Avropa.info xəbər verir ki, komandir bunu cəbhə bölgəsində əməliyyatların koordinasiyası və düzgün məlumatların verilməsi üçün lazım olduğunu bildirib. Bu haqda Ukrayna prezidentinə müraciət deputatın “Facebook” səhifəsində yerləşdirilib.
Semyon Semençenko: “Cənab prezident, bizi eşidin. Sizə ölənlərin sayı haqda yalan danışırlar. Sizi yaralıların sayı haqda yalan danışırlar. Sizi ordunun idarəetmə səviyyə və koordinasiyası barədə aldadırlar. Sizə deyəndə ki, “hər şeydə Milli Qvardiya günahkardır” yalan danışırlar. Sizə işğal olunmuş yaşayış məntəqələri barədə yalan deyirlər. Sizə əslində heç kəsin qorumadığı mövqelərdə dayanan mifik batalyonlar haqda danışırlar. Sizə deyəndə ki, Krivbass batalyonunun 200 nəfəri çatmır, bu o deməkdir ki, həmin batalyon məhv olub...”
Batalyon komandiri hesab edir ki, Baş Qərargah prezident Pyotr Poroşenkoya yalan məlumatlar verir. Debalsevodakı mühasirədən sonra Ukrayna ordusunun rəhbərliyinə olan inam olduqca aşağı düşüb.
Kiyev sonacan Debalsevonun mühasirədə olduğu faktını inkar etmişdi.


Şərhlər