Menu

Yeni Türk-Çin birliyi yaranır

19.02.2015, 16:48
Yeni Türk-Çin birliyi yaranır

Türkiyə və Çin RƏM sistemi yaratmağa qərar verdi

Türkiyə və Çin hava hücumundan qorunmaq üçün birgə raket əleyhinə müdafiə sistemi (RƏM) yaratmağı planlaşdırır. Anspress-in məlumatına görə, bu barədə KİV-lərə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz bildirilib.

O deyib ki, raket əleyhinə müdafiə sistemi NATO sisteminə birləşdirilməyəcək.

Ümumiyyətlə, 2013-cü ildə Türkiyə hava hücumundan müdafiə sənayesi üzrə lazımı avadanlığın Çinin CPMIEC şirkətindən alınacağını elan edib. Elan olunmuş müsabiqayə əsasən, Çin şirkətindən beş il müddətinə 12 zenit-raket kompleksi alınacaq.

KİV-in yazdığına görə, həmin tenderdə həmçinin ABŞ-da iştirak edib və uduzub.

ABŞ-ın Türkiyədəki səfiri Frensis Rikkardone deyib ki, bu addım Türkiyə-ABŞ münasibətlərində gərginliyin yaranmasına gətirib çıxaracaq.

Xatırladaq ki, CPMIEC şirkəti Vaşinqtonun rəsmən sanksiyalar siyahısındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol