Saxlanılan şəxs gənclərdən müəyyən məbləğdə pul alırmış
Bakıda özünü FHN-nin polkovniki kimi təqdim edən şəxs saxlanılıb. ANS TV-nin məlumatına görə, Nəsimi rayon Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əlövsət Məhərrəmov əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmiryol Qovşağının Mülki Müdafiə Qərargahının rəisi işləyir. Amma polislər onu özünü FHN-nin polkivniki kimi təqdim edib və dələduzluq əməli törətdiyinə görə həbs ediblər. Rayon polis İdarəsində aparılan araşdırmalar və zərəçəkənlərin şikayəti əsasında məlum olub ki, 52 yaşlı Əlövsət Məhərrəmov ötən ildən mülki müdafiə kürsları təşkil edib və ora təhsil almağa gələnlərdən müəyyən məbləğdə pul da alıb. Qarşılığında isə onları Nazirliyin aidiyyati idarəsinə işə güzəldəcəyi vədini verib.
Nəsimi RPİ-nin baş müstəntiqi Babək Rüstəmov onun vətəndaşlardan 6250, 8 min manat və 10 min manata dəyərində pul aldığını deyir. Ə. Məhərrəmov vətəndaşlardan pulu onları FHN-də işə düzəltmək, onları təlim kusrlara göndərmək adı ilə alıbmış. Müstəntiq zərərçəkmişlərin hazırda sayının dəqiq üç nəfər olduğunu, amma bu sayın durmadan artdığını deyir.
Amma nədənsə saxlanılan şəxs konkert olaraq törətdiyi əməlini boynuna almadı. Əlövsət Məhərrəmov pul aldığı şəxslərin burada üç ay təlim kursları keçdikdən sonra Ukraynanın Lvov şəhərində Fövqəlada Hallar Nazirliyinin Mülki Müdafiə sahəsinə göndəriləcəyini deyir.
Hazırda faktla bağli cinayət işi başlanılıb. Saxlanılan Əlövsət Məhərrəmovun bu kimi dələduzluq əməllərindən ziyan görən vətandaşlar varsa, o zaman Nəsimi rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Şərhlər