Menu

AZAL-“İnter” matçında əlbəyaxa dava... - Video

19.02.2015, 20:15
AZAL-“İnter” matçında əlbəyaxa dava... - Video

Topaz Premyer Liqasının 23-cu turunun AZAL – “İnter” oyunu qalmaqalla başa çatıb. Futbol11.az-ın verdiyi məlumatına görə, AZAL–“İnter” oyununda baş verən hadisələrin təfərrüatı məlum oldu. Belə ki, AZAL-ın futbolçusu Eltun Yaqublu meydançanın kənarında zədələnib.

Həmin vaxt “İnter”in ehtiyat oyunçular skamiyasında oturan Baçana Sxadadze Eltona təpiklə zərbə endirib.

Bunu görən AZAL-ın futbolçusu Nicat Qurbanov Sxadadzeyə etirazını bildirb. Sxadadze də əlindəki sarğını Nicatın sifətinə çırpıb. Bundan sonra isə ara qarışıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol