Menu

Türkiyə kəşfiyyatından İŞİD terroru ilə bağlı xəbərdarlıq

20.02.2015, 00:49
Türkiyə kəşfiyyatından İŞİD terroru ilə bağlı xəbərdarlıq

Türkiyənin xüsusi xidmət orqanları “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşmasının yaraqlılarının Qərb ölkələrinin diplomatik missiyalarına hücumu barədə xəbərdarlıq edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyə xüsusi xidmət orqanlarının məlumatına görə islamçılar fevralın 3-dən İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya üzvü olan ölkələrin Ankara və İstanbuldakı diplomatik missiyalarında terror aktları törətməyə hazırlaşırlar.

Milli İstihbarat Təşkilatının (MİT) məlumatına görə, Türkiyə sərhədi yaxınlığında 3 minə yaxın terrorçu yerləşib: “Qruplaşmanın hücumların planlaşdırılmasına cavabdehlik daşıyan liderləri də daxil olmaqla artıq Türkiyədədirlər, onlar terror şəbəkəsinə məxsus evlərdə yaşayırlar. Yaşları 17-dən 25-ə qədər olan suriyalı və fələstinlilər Türkiyəyə qaçqın kimi gəliblər, terror törətmək məqsədilə Bolqarıstan vasitəsilə Avropanın digər ölkələrinə getməyi planlaşdırırlar”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol