Menu

İnanılmaz: ABŞ İrana görə İsraili qınadı

20.02.2015, 10:05
İnanılmaz: ABŞ İrana görə İsraili qınadı

ABŞ İsraili Tehranın mövqeyini təhrif etmək məqsədilə İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlara dair məlumatları seçmə yolu ilə ictimaiyyətə təqdim etməkdə ittiham edib. APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Ağ Evin nümayəndəsi Coş Ernest bildirib ki, İsrail məlumatı ictimaiyyətə kontekstdən qoparıb təqdim edir.

“Şübhə yoxdur ki, israillilərin danışıqlarda bizim mövqe barədə dedikləri bəzi şeylər heç də doğru deyil”, - deyə o bildirib.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu bundan əvvəl çıxışında İsrailin “dövlətin gələcəyinə və təhlükəsizliyinə kölgə sala biləcək zərərli və təhlükəli sövdələşməni pozmaq üçün əlindən gələni əsirgəməyəcəyini” qeyd etmişdi.

İranın nüvə proqramı ilə bağlı danışıqların növbəti raundu bu günə, fevralın 20-nə planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol