Menu

“ABŞ F-16-ları havaya qaldıran kimi müharibə bitdi” - Saakaşvili

20.02.2015, 16:05

saakasvili“Putin Ukrayna ssenarisini sabah Baltikyanı ölkələrdə həyata keçirsə, heç kim ona kömək etməyəcək”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib.

O, Ukraynanın öz ətrafında eyni düşüncəli partnyorlarını birləşdirməli olduğunu deyib:

“Ukrayna bu dəqiqə Rusiyaya qarşı birlik yaratmaq iqtidarındadır. Bu birliyə təkcə Baltikyanı ölkələr və Gürcüstan daxil olmayacaq, bu sırada biz Qazaxıstanın da adını görəcəyik. 2008-ci ildə Gürcüstana qarşı rus aqresiyyasını ABŞ dayandırdı. Havaya təyyarə qaldıraraq, müharibənin başladığını elan etdilər. Altıncı donanma bizim sahillərimizə doğru yan aldı. Gəmilər o qədər sürətli gəlirdilər ki, Türkiyə tərəfi Bosfordan bu sürətlə keçməyinə etiraz etdi. Amerikalılar cavab verdilər ki, istənilən halda buranı keçəcəklər. Bu bəyanatdan 20 dəqiqə sonra rusların hücumu dayandı və bu hücum bir daha təkrarlanmadı. Bax, bu tip mesajlar işə yarayır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol