Menu

Rusiya Donbasa yenə konvoy göndərdi

20.02.2015, 11:59
Rusiya Donbasa yenə konvoy göndərdi

Humanitar yardım karvanı 200 ton yük daşıyır

Rusiyadan Ukraynanın Donbas bölgəsinə növbəti humanitar yardım konvoyu göndərilib. ANS PRESS BBC Russian-a istinadən verdiyi məlumata görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin göndərdiyi yardım karvanında 30-dan çox avtomobil var və onların 200 tondan çox yük daşıdığı bildirilir.

FHN rəsmilərinin məlumatına görə, yükün əsas hissəsini ərzaq məhsulları təşkil edir.

Rusiya-Ukrayna sərhədinə çatdıqda yardım karvanı iki yerə ayrılacaq. Avtomobillərdən 15-i Donetsk vilayətinə, 15-i isə Luqansk vilayətinə yollanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol