Menu

Liviyada üç terror aktı törədilib- 47 nəfər ölüb

20.02.2015, 22:54
Liviyada üç terror aktı törədilib- 47 nəfər ölüb

Liviyanın Əl-Kubba şəhərində dalbadal baş verən üç terror aktı nəticəsində 47 nəfər ölüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, 80 nəfər yaralanıb, onlardan 26-nın vəziyyəti ağır kimi qiymətləndirilir.

Partlayışlarla bağlı məsuliyyəti “İŞİD” qruplaşması öz üzərinə götürüb. Terrorçular aktların Derna şəhərinə hava zərbələri endirilməsinə cavab olduğunu bildiriblər.

Qeyd edək ki, minalamış avtomobillər Əl-Kubba şəhər baş polis idarəsi, yanacaqdoldurma məntəqəsi və Liviya parlamentinin başçısının evinin yanında partladılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol