Menu

Avropa Birliyi Rusiyanı yeni sanksiyalarla hədələdi

21.02.2015, 00:28
Avropa Birliyi Rusiyanı yeni sanksiyalarla hədələdi

Avropa Birliyinin (AB) başçısı Donald Tusk AB-yə üzv ölkələrinin Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi mümkünlüyünü nəzərdən keçirdiyini bəyan edib. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters” xəbər yayıb.

“Mən təşkilat liderləri ilə növbəti addımlarla bağlı məsləhətləşmələr aparıram” – deyib Tusk. Onun sözlərinə görə, AB hər şeyi edəcək ki, Minsk anlaşması hətta separatçılara Rusiyanın hərtərəfli dəstəyinə rəğmən, yerinə yetirilsin.

Fevralın 20-də Ukrayna hökuməti Rusiyanı Donbasa tanklar və hərbçilər göndərməkdə ittiham edib.

Rusiyaya qarşı sonuncu sanksiya fevralın 18-də Kanada tərəfindən tətbiq edilib. Ottava Rusiya və Ukraynanın 37 fiziki şəxsi və 17 müəssisəsinə qarşı yeni sanksiyaların tətbiqini elan edi

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol