Menu

Ukraynada azərbaycanlı biznesmenlərin qətlini kimlər sifariş edir?

21.02.2015, 10:30
Ukraynada azərbaycanlı biznesmenlərin qətlini kimlər sifariş edir?

“Donetsk əyalətində azərbaycanlı iş adamlarını qətlə yetirənlərin arxasında kimlərin durduğunu bilmək o qədər də çətin deyil”.

Bu açıqlama ilə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çıxış edib.

Politoloq bu cür cinayətlərin arxasında erməni mafiyasının durduğunu bildirib:

“Donetskdə illər boyu yaşayan azərbaycanlı iş adamlarını müəmmalı şəkildə qətlə yetirirlər. Əlbəttə, ilk növbədə başıpozuq separatçılardan şübhələnmək lazım gəlir.

1423999272Ancaq mən Donetskdə illər boyu inhisarçılıqla məşğul olan erməni mafiyasından da şübhələnirəm. Bunun üçün əsasım var. Donetskdəki erməni mafiyası illər boyu yerli iş adamlarının biznesini əlindən alıb, sifarişli qətlər törədiblər və belə qətllərin çoxunun üstü hələ də açılmayıb. Çünki erməni mafiyası yerli milis və prokurorluq orqanlarını “yedizdirirdi”. İndi kim zəmanət verə bilər ki, həmin erməni mafiyası bu dəfə cinayətkar separatçılarla əlbir olub azərbaycanlı iş adamlarını qətlə yetirmir və onların biznesini ələ keçirmirlər?”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol