Menu

NATO rus qırıcılarını belə qovdu - Video

21.02.2015, 13:59
NATO rus qırıcılarını belə qovdu - Video

Rusiyanın iki Tu-95 strateji bombardman təyyarəsi İngiltərə yaxınlığındakı beynəlxalq hava sahəsindən keçərkən NATO təyyarələrinin təcili olaraq rus təyyarələrini yaxın markaja almasını əks etdirən video-görüntülər yayılıb. Axar.az News.sky.com-a xəbər verir ki, təhlükəli yaxınlaşma anı rus təyyarələri tərəfindən görüntülənib.

Rusiya təyyarələrinin içindən çəkilən görüntüdə silahlı NATO təyyarələrinin nəhəng təyyarələrə qanadlarının bir-birinə dəyəcək qədər yaxınlaşdığı müşahidə olunub.

Görüntülərdə rus təyyarələrini sıxışdıran NATO təyyarələrinin pilotlarının hərəkətlərini və təyyarələrin quyruq nömrələrini rahatlıqla müşahidə etmək mümkün olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol