Ukrayna bir il öncə Rusiyaya qaçmış sabiq prezident Viktor Yanukoviçi səbirsizliklə gözləyir. Musavat.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident Pyotr Poroşenko Zaporojyedəki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Jurnalistlərin keçmiş prezidentin Ukraynaya qayıtmaq istəməsi ilə bağlı bu gün bəzi Rusiya KİV-də getmiş fikirlərinə şərh eləmək xahişinə ölkə başçısı belə cavab verib: “Mən hesab edirəm ki, bu, Ukrayna üçün yaxşı olar. Ancaq əmin deyiləm ki, onun özü üçün yaxşı olacaq. Biz səbirsizliklə gözləyirik. Və onu qarşılamağa hazırıq. O, nə qədər tez qayıtsa, Ukrayna üçün bir o qədər yaxşı olar. Qoy protest hərəkata başçılıq eləsin. Ən yaxşı halda – türmədə”.
Xatırladaq ki, Yanukoviç ilk fürsətdəcə Ukraynaya dönəcəyini bildirib.


Şərhlər