Menu

AFFA Hafkanın yerinə maaş verdi

21.02.2015, 22:44
AFFA Hafkanın yerinə maaş verdi

AFFA “Bakı” klubunun futbolçularına və məşqçilər heyətinə maaş verib. Axar.az xəbər verir ki, komandada yaranmış maliyyə böhranı federasiya tərəfindən həll edilib. Yanvar ayının əmək haqları ödənilib və fevralın pulunun martda veriləcəyi bildirilib.

Klub rəhbəri Hafiz Məmmədovun maliyyə problemləri ucbatından “Bakı” həm çıxışlarında zəifləyib, sonuncu pillədə qərarlaşıb, həm də oyunçular maaş ala bilmirlər. Klubun rəhbərliyi də maddi çətinliyin olduğunu etiraf edib və AFFA “Bakı”nı vəziyyətdən çıxarmaq öhdəliyini üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol