Ağsu rayon mühafizə polisinin rəisi Neman Tanrıverdiyevin iş otağında özünü güllələyib.Axar.az xəbər verir ki, N.Tanrıverdiyev fevralın 21-i səhər saat 9 radələrində özünü iş otağında tabel silahı ilə baş nahiyyəsindən güllələyərək, intihar edib. Onun intiharının səbəbi bilinmir.
N.Tanrıverdiyevin Ağsunun Nəmirli kəndindən olduğu bildirilir.
N.Tanrıverdiyev 7 aydır ki, bu vəzifəyə təyin olunubmuş.


Şərhlər