Menu

İraqda indiyədək görünməmiş hadisə: qadın mer oldu

22.02.2015, 10:22
İraqda indiyədək görünməmiş hadisə: qadın mer oldu

İraqın paytaxtı Bağdad şəhərinin meri vəzifəsinə ölkə tarixində ilk dəfə olaraq qadın seçilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə hökumət nümayəndəsi bildirib.

Məlumata görə, Bağdadın meri vəzifəsinə Ali Təhsil Nazirliyinin baş direktoru Zikrə Əlvish təyin olunub. Qeyd edək ki, İraqda indiyədək mer vəzifəsi qadına həvalə edilməmişdi.

“İraqın baş naziri Heydər Əl Abadi meri vəzifəsindən Naim Əbbudu azad edərək bu posta Zikrə Əlvişi təyin edib”, deyə İraq hökumətinin nümayəndəsi bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol