Menu

O, ya gerizəkalıdır...

22.02.2015, 12:58
O, ya gerizəkalıdır...

Ya da heç türk deyil!

Elnurun «O səs Türkiyə» mahnı yarışmasındakı möhtəşəm qələbəsini bütöv Azərbaycan səbirsizliklə gözləyirdi. Başı uca, Allah köməyi olsun, gözləntilərimizi doğrultdu - Azərbaycanı dünyaya tanıdanlar sırasına qatıldı. Necə deyərlər, ipi Allahdan, dəystəyi Millətdən...

Amma onun qələbəsi təkcə Azərbaycan türkünün yox, böyük türk dünyasının uğuru sayılmalıdır - gözəlim Türkiyə ikinci Vətən olduğu kimi. Fəqət, növbəti dəfə anladıq ki, Türkiyədə heç də hamı eyni cür düşünmür və bəzi hallarda belə «fərqli düşüncə» sahibləri lap əndazədən çıxırlar! Müşahidələr göstərir ki, bu sırada türkiyəli qəzet yazarları, «yüngül sənət» sahibləri (incə sənətlə qarışdırma!) öncül yerləri tuturlar - belədə, üzülməyə bilmirsən! Nə deyəsən, nə yapasan ki, düşmənlərimizin «Bir millət - iki dövlət» arasına saplamaq istədiyi «paz»a gupbul (böyük çəkic) vurmayasan?..

Belə gerizəkalı bir nümunəni də bu günlərdə Bülənt Eriş adlı qəzet müxbiri sərgilədi. Türkiyədə nəşr olunan «Radikal» qəzetinə (düşün - hansı düşüncədən və kimə qarşı radikal?!) yazdığı «Keçmişdə Meks adlı it, bu gün azəri Elnur» başlıqlı köşədə o, bir azəri türkünün adını itlə yanaşı çəkərək, mədəniyyətsizlik və gerizəkalılığın lap «zirvəsi»nə layiq olduğunu ortaya qoyub! Görəsən, Bülənti belə uğursuz müqayisəyə nə vadar edib? Deyə bilmərəm - qoy bir Allahı bilsin, bir də özü, amma...

Şübhəm yoxdur ki, damarlarında türk qanı axan heç bir türkiyəli (ermənidən başqa) türkü itlə müqayisə etməz. Beləsi tapılarsa, deməli o, ya gerizəkalıdır, ya da ki, heç türk deyil!

Yeri gəldiyi üçün böyük rus şairi Aleksandr Puşkin barədə söylənilən ibrətamiz bir rəvayəti Büləntin diqqətinə çatdırmağa əşhədü-ehtiyac hiss etdim. Mabədi belədir - bir gün Puşkin arvadı ilə gedirmiş. Arvadının yanında şairi təhqir etmək üçün göndərilmiş bir nadan (eləcə, bizim bu Bülənt kimi!) dirsəyi ilə Puşkinə bərk toxunur və ona sarı dönüb kinayə ilə deyir - eşşək!

Şair heç halını da pozmadan, belə cavab verir - Puşkin və heç nə olmamış kimi yoluna davam edir. Bir neçə addım getdikdən sonra arvadı soruşur ki, o, səni təhqir etdiyi halda sən nə üçün onu yerində oturtmadın? Şair belə cavab verir - o, öz adını dedi, mən də özümün soyadımı, beləcə tanış olduq...

Qoy Elnur məni bağışlasın və izn versin ki, onun adından bu yarımçığa cavabı mən verim -Elnur Hüseynov!

Çox düşündürücüdür ki, son illər Azərbaycana qarşı sayğısızlıq sərgiləmək Türkiyəli bir qrup səbatsız üçün adi hal alıb. Məsələn, bir neçə il bundan əvvəl bir başqa Bülənt (bu dəfə erkək və ya dişi olduğu bilinməyən Bülənt Ərsoy!) heç bir zərurət olmadan qalxıb dedi ki, bəs, məlumunuz olsun - «Sarı gəlin» erməni mahnısıdır! Heç yeridir? Bir soruşan gərəkdir ki, ay cinsi məlum olmayan yabançı, sən hardan oxudun ki, «Sarı gəlin» erməni mahnısıdır?..

Digər epizod. Bir müddət əvvəl Türkiyə qəzetlərindən biri götürüb yazdı ki, bəs, nə var - nə var? -«Çırpınırdı Qara dəniz» mahnısının sözlərini erməni şairi Sayat Nova yazıb! Di gəl, anla bunu...

Əvvəla, məlumdur ki, mahnının sözləri Azərbaycanın vətənpərvər şairi Əhməd Cavada məxsusdur - oxuduqca, hiss edirsən ki, misralar türkün bayrağına sarılmış şairin qəlbinin dərinliklərindən qaynayıb gəlir:

«Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

«Ah!..» deyərdim, heç ölməzdim

Düqşə bilsəm ayağına.

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır dəldi, gedən,

Yol ver Türkün bayrağına!»

Bu, müzakirə və mübahisə obyekti deyil. İkincisi, Sayat Nova bir erməni olaraq, türkün bayrağına baxıb dabelə qürur hissi yaşaya, vəcdə gələ bilərdimi?

Birini də deyim. Azərilərin bir atalar məsəli var - «Günah öləndə olar!» Bir neçə il bundan əvvəl Türkiyədə bir erməni jurnalisti qətlə yetirdilər - Qrant Dink. Məlumatlarda deyilirdi ki, o, türkləri aşağılayan nəsə yazıb. O zaman bəziləri küçəyə çıxıb, qışqırdılar ki, «Həpimiz Qrantız, həpimiz erməniyiz...» və s. Heç yeridir? Əşi, ermənisinizsə, birdəfəlik boynunuza iri və paslı bir xaç asıb, gedin Eçmiədzin kilsəsinə, qoy Vartan (pardon, Qaregin!) sizi xaç suyuna salsın! O saat dönüb olarcaqsınız «əzabkeş» və bütün dünyanın sizə yazığı gələcək...

Yazıqlar olsun!

Mirzə AĞ

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol