Menu

ABŞ-la İran arasında qapalı danışıqlar başladı

22.02.2015, 15:53
ABŞ-la İran arasında qapalı danışıqlar başladı

Cenevrədə İranın nüvə proqramı ilə bağlı ikitərəfli ABŞ-İran danışıqları başlayıb.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-ın dövlət katibi Con Kerri ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında danışıqlar şəhərin otellərinin birində, qapalı rejimdə aparılır.

Bazar günü Cenevrədə həmçinin, “Altılıq” (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü + Almaniya) rəsmiləri ilə İranın xarici işlər nazirinin müavini Abbas Arakçi arasında eyni mövzuda müzakirələr start götürəcək.

Arakçi ötən cümə və şənbə günləri bağlı qapılar arxasında artıq ABŞ dövlət katibinin müavini Uendi Şermanın başçılıq elədiyi nümayəndə heyəti ilə seriya danışıqlar aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol