Menu

İŞİD-in 21 xristianı edam videosu montaj imiş

23.02.2015, 00:11
İŞİD-in 21 xristianı edam videosu montaj imiş

Amerikalı ekspertlər İŞİD terror qruplaşmasının yaydığı Liviyadan olan 21 xristianı edam eləməsi görüntülürənin həqiqiliyini yoxlayıblar. Musavat.com-un xarici qaynaqlara istinadən verdiyi məlumata görə, mütəxəssislər o qənaətə gəliblər ki, videofayl montaj edilib.

Ekspertlərin iddiasına görə, videonun bəzi kadrları studiyada yaşıl parçanın fonunda çəkilib. Onların qənaətincə, dəniz sahili peyzajı sonradan ora əlavə edilib. Görünür, bunu da ona görə ediblər ki, silahlıların gerçək qaldıqları yeri gizlətsinlər.

Lakin mütəxəssislər öldürülənlərin indi sağ olduğunu iddia eləməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol