Britaniya əks-kəşfiyyatı Rusiya xüsusi xidmət orqanlarının Böyük Britaniyadakı nümayəndələrinin axtarışını aktivləşdirib. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Tayms” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
Mənbə Mİ5 və Mİ6-ya London küçələrində rus agentlərinə qarşı nəzarətin gücləndirilməsi əmrinin verildiyini deyib. Qəzetin məlumatına görə, Baş nazir Devid Kemeron da bu gün parlamentdə olacaq çıxışı zamanı rus agentlərinə qarşı siyasəti dəyişəcəklərini söyləyəcək.


Şərhlər