Menu

Metropoliten rəhbərliyi Bakı sakinlərindən üzr istədi

23.02.2015, 17:12

metrooBakı Metropoliteninin "İnşaatçılar" stansiyasının 1-cı çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmirinə başlanılıb.

Bakı Metropolitenindən verilən məlumata görə, bununla əlaqədar olaraq qeyd olunan istiqamətdə 3 saylı eskalator 24.02.2015-ci il tarixindən dayandırılacaq. Məlumatda bildirilir ki, əsaslı təmirin 22 may 2015-ci il tarixində başa çatdırılması nəzərədə tutulub. Metropoliten rəhbərliyi həmçinin, sərnişinlərdən yarana biləcək narahatlığa görə də üzr istəyib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol