Suriya və İraqdakı neft qaynaqlarını nəzarət altına alan İŞİD-in növbəti hədəfi Liviyanın neft yataqlarıdır. Musavat.com-un məlumatına görə, bu barədə Londondakı Avropa Xarici Münasibətlər Şurasının Liviya mütəxəsisi Mattia Toaldo açıqlama verib. Açıqlamada qeyd olunur ki, neft quyularını ələ keçirmək İŞİD-in əsas məqsədidir. Mattia Toaldo qeyd edib ki, təşkilatın əsas hədəfinin neft olduğunu göstərən əsas dəlil İŞİD-in indiyə qədər neft ərazilərinə hücum etməsidir.
Kaliforniyada Post Karbon İnstitutunun Liviya üzrə mütəxəsisi Riçard Hainberq də İŞİD-in əsasən neft ərazilərinə hücum etdiyini bildirib: “İŞİD İraqdakı kürd ərazilərini və Kərkükün neft ərazilərini ələ keçirməyə cəhd göstərdi və göstərir. Bu səbəbdən də Konqres və Ağ Ev bu məsələni diqqətdə saxlayır”.


Şərhlər