Menu

52 “İŞİD” terrorçusu məhv edildi

24.02.2015, 08:50
52 “İŞİD” terrorçusu məhv edildi

Iraqda beynəlxaq koalisiyanın hava zərbələri nəticəsində 52 “İŞİD” silahlısı məhv edilib. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, həmçinin terrorçular paytaxt Bağdaddan 200 km şimal-qərbdə yerləşən Əl-Bağdadi şəhərinin bir hissəsinə nəzarəti itiriblər. İraq ordusunun hücumları nəticəsində burada 20-dək “İŞİD” silahlısı öldürülüb.

Bundan əvvəl ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyası qüvvələrinə məxsus hərbi təyyarələrin Iraq və Suriyada “İŞİD”in mövqelərinə 25 hava zərbəsi endirməsi barədə məlumat yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol