Bazarlar bir müddətdir ki, Yunanıstan və Avro Bölgəsi xəbərlərini təqib edir. Ancaq uzun müddətdir danışmayan və faiz siyasətində dəyişiklik yaxından təqib edilən ABŞ Mərkəz Bankının Prezidenti Janet Yellen bu gün verəcəyi önəmli açıqlamalarla yenidən səhnədə olacaqdır.
Ekspertlərə görə, əgər Yellen çıxışında, uzun zamandan sonrabaşlanılacaq faiz artımı üçün bu ilin ortasını göstərərsə, bu qlobal iqtisadiyyatın yaxşılaşma gücünün artdığına bir işarə kimi qəbul ediləcəkdir.
Yellen Çərşənbə axşamı ABŞ Senatının Bank Komitəsində çıxış edəcək, sonra da ildə iki dəfə etdiyi ABŞ Konqresi təqdimatını həyata keçirəcək.
Məlumat üçün bildirək ki, ABŞ Mərkəzi Bankının (Fed) faiz dərəcələrini artırması dolları bahalaşdıra bilər. Əgər faizlərin artırılması bu ilin ortasına deyil, ilin sonuna və gələn ilə qalarsa dollar digər valyutalara qarşı cüzi ucuzlaşa ya da sabit qala bilər.
Digər tərəfdən, ekspertlər ABŞ-da faizlərin artması üçün hələ də İyunun ortasına işarə edirlər. Reuters xəbər agentliyinin həyata keçirdiyi son sorğuda iştirakçıların üçdə ikisi faiz artımı üçün eyni zamanı göstərib. /"Marja"


Şərhlər