Menu

Qubada qar uçqunu

24.02.2015, 10:36
Qubada qar uçqunu

Xınalıq yolu bağlandı, 6 kənd və 1 yaşayış massivilə əlaqə kəsilib

Şimal bölgəsində kəskin hava şəraitinin fəsadları hələ də qalmaqdadır. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, Quba ərazisindəki Xınalıq yolu tamamilə bağlıdır.

6 saylı yol istismar idarəsindən verilən məlumata görə, ərazidə təxminən 10-dan çox yerdə qar uçqunu baş verib.

Hazırda ərazidə Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsinin işçiləri artıq üçüncü gündür ki, yolu açmağa çalışsalar da, hələ buna nail olmayıblar. Əraziyə lazımi qədər işçi qüvvəsi və texnika cəlb olunub.

Qeyd edək ki, Qubanın rayon mərkəzindən 36-cı kilometrliyinə qədər yol açıqdır. 36-cı kilometrdən sonra təxminən 57-ci kilometrliyinə qədər - Xınalıq kəndinə qədər olan yol isə bağlıdır. Yolun bağlanması ilə əlaqədar rayonun 6 kəndi və 1 yaşayış massivi köməksiz qalır. Artıq 3 gündür ki, onlarla əlaqə mümkünsüzdür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol