Menu

Nəticələr bu gün açıqlanacaq - TQDK

24.02.2015, 11:52
Nəticələr bu gün açıqlanacaq - TQDK

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) magistraturaya qəbul imtahanı vermiş bakalavrlara müraciət edib. Lent.az-ın məlumatına görə, imtahan nəticələrinin axşam saatlarına kimi elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, TQDK fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.

İmtahan respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol