Menu

Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayır

24.02.2015, 14:09
Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayır

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayır.

Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfər fevralın 26-na kimi davam edəcək.

Səfər çərçivəsində M. Çavuşoğlunun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. O, ADA Universitetində mühazirə ilə çıxış edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol