Keçirilən əməliyyat zamanı oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Bir neçə gün öncə metroda oğurluq edən şəxs həbs edilib.
Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Metropolitendə Polis Şöbəsinin Cinayət Axtarış Qrupu əməkdaşları tərəfindnə keçirilib.
Keçirilən əməliyyat zamanı qatarda Bakı şəhər sakini Camalə Əkbərovanın mobil telefonu oğurlayan Abşeron rayon sakini, 1980-ci il Emil Paşa oğlu Əliyev tutulub.
Qeyd edək ki, fevralın 18-də saat 13:40 radələrində, metronun “28 May” stansiyasında qatarda Bakı şəhər sakini Camalə Əkbərovanın mobil telefonu oğurlanıb.


Şərhlər