Avro Zonaya daxil olan 19 ölkədən 17-sində yanvar ayında deflyasiya qeydə alınıb.
Avropa Birliyinin statistika təşkilatı Eurostat-ın məlumatlarına görə, Avro Bölgəsində keçən ay Avstriya və Malta xaric bütün ölkələr mənfi inflyasiyaya malik olublar.
İlin ilk ayında inflyasiya Avro Bölgəsində -0,6% ilə 2009-cu ilin İyul ayından bu yana ən aşağı səviyyəyə enib. Yanvar ayında Avropa Birliyində orta hesabla inflyasiya -0,5 faiz olub.
Borc danışıqlarını davam etdirən Yunanıstanda inflyasiya -2,8%-ə qədər enib. Bolqarıstan -2,3%, İspaniya -1,5% ilə deflyasiyanın ağır yaşandığı digər Avropa İttifaqı üzvləri olub.
Yanvarda Almaniyada -0,5%, Fransada -0,4% deflyasiya müşahidə olunarkən, Böyük Britaniyada 0,3 faiz inflyasiya qeydə alınıb.
AB-də ötən ay inflyasiyaya malik digər üzvlər 0,4%-lə İsveç, 0,5%-lə Avstriya və Rumıniya və 0,8%-lə Malta olub. /"Marja"


Şərhlər