Menu

Yeni 20 Avroluq əskinas təqdim edilib

25.02.2015, 09:01
Yeni 20 Avroluq əskinas təqdim edilib

Avropa Mərkəzi Bankı (AMB) yeni 20 Avroluq əskinasları mətbuata tanıdıb.

Eurosystem tərəfindən hazırlanan və təhlükəsizlik xüsusiyyətləri təkmilləşdirilən yeni əskinasların saxta çapın qarşısını alacağı gözlənilir.

Təqdimat mərasimində çıxış edən AMB Sədri Mario Draghi, 20 Avronun yeni əskinas texnologiyalarından istifadə edilərək hazırlandığını vurğulayıb. AMB, ən çox saxtası hazırlanan əskinasların 50 və 20 Avroluq əskinaslar olduğunu bildirir.

Güclü təhlükəsizlik xüsusiyyətləri ilə diqqət çəkən 5 və 10 Avro əskinaslar bundan əvvəl dövriyyəyə buraxılmışdı. Digər Avro nişanlarında olduğu kimi Europa seriyası də saf pambıq-lif kağızdan istehsal olunur. Bu da əskinasların adi bir kağız ilə müqayisədə daha dözümlü və canlı olmasını təmin edir.

Yeni əskinas 133x77 mm ölçüsündər və mövcud nişanda olduğu kimi mavi tonlar üstünlük təşkil edir. Üzərindəki Avropa Birliyi xəritəsində isə köhnə dizayna nisbətən Türkiyəyə daha çox yer verilib.

Ancaq xəritədəki bu dəyişikliyin səbəbi Türkiyə deyil. İlk seriya çap edildikdə Birliyin üzvü olmayan Malta və Kiprin artıq üzv olduğu üçün xəritənin bu ölkələri əhatə edəcək şəkildə genişləndirildiyi bildirilib.

2015-ci il ərzində, Almaniya, Fransa və İtaliya mərkəzi banklarının yeni əskinasdan 1,700,000,000 € çap etməyi planlaşdırır. Bu miqdardan başqa, AMB məlumatlarına görə, bazarda təxminən 3,042,000,000 € 20-lik əskinas olduğu ehtimal edilir.

Yeni 20 Avroluq əskinaslar 2015-ci ilin Noyabr ayından etibarən Avro Bölgəsi üzrə istifadəyə verəcək. /"Marja"

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol