Menu

Bakının əsas küçələrindən biri bağlanır

25.02.2015, 10:38

bagli yol temirBu gün saat 21:00-dan etibarən Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin hərəkəti bir neçə saatlıq məhdudlaşdırılacaq.

Bu barədə “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə məlumat verib.

P. Mürsəliyevin sözlərinə görə, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən şəhər istiqamətinə olan hissəsi, ikinci mərhələdə isə Yusif Səfərov küçəsinin şəhər istiqamətindən Heydər Əliyev prospektinə doğru olan hissəsində hərəkət məhdudlaşdırılmaqla yolun hərəkət üfüqi hissəsinin nişanlanması işləri yerinə yetiriləcək.

İşlərin təxminən səhər saat 05:00-06:00 radələrində yekunlaşması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol