Türkiyədə bir ildə terrorçulara qoşulmaq istəyən 243 nəfər tutulub
Türkiyənin ancaq bir şəhərindən İŞİD-ə qoşulmaq üçün sərhədi keçməyə cəhd edən 243 adam saxlanılıb. Anspress-in məlumatına görə, 2014-cü ildə Kilis sərhəddində saxlanılanlardan 45 nəfər türklər olub.
Onlardan 75 nəfəri Çin zülmündən qaçan uyğurlar olub. Onlar savaş təlimləri aldıqdan sonra ölkərinə qayıdaraq zülmə qarşı çıxacaqlarını deyiblər.
Yaxalananlar arasında Çeçenistan, Rusiya, Azərbaycan, Əfqanıstan, Pakistan, Misir, Fransa kimi ölkələrdən gələnlərdə olub. Saxlanılan əcnəbilər polisə ifadələrindən sonra Türkiyə ərazisindən deportasiya ediliblər.
Xatırladaq ki, bir müddət öncə Sultanahməd də terror aktı törədərək bir polisin şəhid olmasına səbəb olan çeçen Diana Ramazanova da məhz Kilis vasitəsilə Türkiyəyə keçib.


Şərhlər