Menu

Mikayıl Cabbarovdan yeni təyinat

25.02.2015, 11:51
Mikayıl Cabbarovdan yeni təyinat

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinə yeni direktor təyin olunub. Axar.az xəbər verir ki, Mərkəzə direktor təyin olunan Firuzə Sultanzadə 1990-cı ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini bioloq, biologiya və kimya müəllimi ixtisası üzrə bitirib. Biologiya elmləri namizədi, dosentdir, 40 elmi əsərin, 15 dərslik və dərs vəsaitinin müəllifidir.

1999-ci ildən elmi-ictimai “EkoSfera” Sosial-Ekoloji, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılan Etno-Ekoloji Mərkəzin rəhbəridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol