Menu

Azərbaycan Rusiyadan tələb edir

25.02.2015, 12:04
Azərbaycan Rusiyadan tələb edir

"Azərbaycanın heç kimin mərhəmətinə ehtiyacı yoxdur"

Bu sözlər Azərbaycan parlamentinin birinci vitse-spikeri Ziyafət Əsgərova məxsusdur. Anspress-in məlumatına görə, vitse-spiker Rusiyaya müraciət edərək Bakının Böyük Vətən müharibəsində rolunu nəzərə alaraq Bakıya qəhrəman-şəhər adının verilməsi təklifi ilə çıxış edib.

Z. Əsgərovun sözlərinə görə, bu məsələ Gennadi Seleznyovun Dövlət Dumasının sədrliyi dövrlərində parlamentdə dəfələrlə qaldırılıb və Milli Məclis üzvləri məsələnin ədalətli qərarını gözləyirlər.

O, bəyan edib ki, parlament SSRİ-nin qanuni varisi olan Rusiyadan tarixi ədalət gözləyir.

"Azərbaycanın heç kimin mərhəmətinə ehtiyacı yoxdur. Biz sadəcə tarixi faktların təsdiqlənməsini tələb edirik. Böyük Vətən müharibəsindəki qələbə həmçinin azərbaycanlı neftçilərin və Bakı nefti sayəsində əldə olunub. Dünya bunu bilməlidir və bu tarixi fakt tanınmalıdır!" - deyə Əsgərob bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol