Menu

Moskvaya daha bir zərbə

25.02.2015, 15:09
Moskvaya daha bir zərbə

Moody's Rusiyanın 11 regionunun reytinqini aşağı saldı

Moody`s Beynəlxalq Reytinq Agentliyi Rusiyanın 11 regionun, o cümlədən Moskva və Sankt-Peterburq reytinqini aşağı salıb. Anspress-in məlumatına görə, bu barədə RBK agentliyi xəbər verib.

Bildirilir ki, ümumrusiya reytinqinin azalması Moskva, Sankt-Peterburq, Xantı-Mansiysk muxtar dairəsini, Samara, Komi, Krasnodar, Krasnoyarsk regionunu, Belqorod, Nijeqorod, Voloqda vilayətlərini və Mordoviya Respublikasını əhatə edir.

Rusiya regionlarından başqa, reytinqin azalması iki şəhərdən – Krasnodar və Volqoqrad, həmçinin Sankt-Peterburqun "Su kanalı" müəssisəsindən yan keçməyib. Rusiya regionlarının reytinqinin enməsi ölkənin maliyyə institutlarının suveren reytinqinin aşağı düşməsindən sonra baş verib.

Xatırladaq ki, Moody`s Beynəlxalq Reytinq Agentliyi fevralın 21-nə keçən gecə Rusiya reytinqini neqativ proqnozla Baa3 səviyyəsindən Ba1-dək aşağı salıb. Agentlik bu addımı Rusiyanın kredit profilinin zəifləməsi, Ukraynadakı böhran və neftin qiymətinin düşməsindən sonra sistematik risklərin artması ilə izah edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol