Menu

İŞİD-ə silah aparan təyyarə vuruldu

25.02.2015, 15:11
İŞİD-ə silah aparan təyyarə vuruldu

İraq ordusu iki ingilis təyyarəsini vurduğunu iddia edir

İraq ordusu ölkənin Əl-Anbar bölgəsində İŞİD-ə silah daşıyan iki ingilis təyyarəsini vurduğunu iddia edir. ANS PRESS-in məlumatına görə, bu barədə İraq parlamentinin milli təhlükəsizlik və müdafiə komitəsinin başçısı Hakem Əl-Zameli bildirib. Zameli İŞİD-ə qarşı vuruşan koalisiyanın rəhbəri ABŞ və Böyük Britaniya haqqında şok iddialar irəli sürüb. İraq parlamenti Londondan açıqlama istəyib.

Zamelinin dediyinə görə, Əl-Anbar bölgəsinin əhalisi koalisiya qüvvələrinin mütəmadi olaraq İŞİD-ə silah-sursat atdığını söyləyir. Əl-Zamelinin dediyinə görə, ABŞ Kərbəla və Bağdada yaxın olan Əl-Anbar bölgəsində vəziyyəti həmişə gərgin saxlamağa çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol