Menu

ABŞ-da aviaşirkət 80 reysi ləğv edib

25.02.2015, 16:03
ABŞ-da aviaşirkət 80 reysi ləğv edib

ABŞ-ın "Southwest Airlines" aviaşirkəti bu gün 80 reysi ləğv edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, buna səbəb 128 ədəd "Boeing 737" təyyarəsinin vaxtında texniki baxışdan keçməməsi olub.

Təyyarələr müvəqqəti olaraq istismardan çıxarılıb.

Qeyd edək ki, dünəndən ABŞ-da artıq 500 aviareys ləğv edilib və 2 mindən çox reys təxirə salınıb. Bu da əsasən regionda güclü qar çovğununun olması ilə əlaqədardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol