Menu

Qızıl qiymətləri sıçradı

25.02.2015, 16:13
Qızıl qiymətləri sıçradı

Fed Sədri Janet Yellenin yaxın zamanda ABŞ-da faiz artırılmayacağını bildirməsinin ardınca, qızıl son yeddi həftənin ən aşağı səviyyəsindən sıçrayıb.

Spot qızıl 0.9 faiz yüksəlişlə unsiyası 1,211.84 dollara qədər çıxıb.

Qızıl Çərşənbə günü 1,190.52 dollara qədər enərək, 5 Yanvardan bu yana ən aşağı səviyyəsini görmüşdü.

Qızıl müqavilələri, Nyu-York Comex bazarında 1.1 faiz yüksələrək unsiyası 1,210.90 dollara gəlib və beləliklə üç günlük geriləmədən sonra dəyər qazanıb. Gümüş 2.1 faiz yüksələrək unsiyası 16.6413 dollara çatıb. Platin 1.1 faiz yüksəlişlə unsiyası 1,176.88 dollara, palladyum 0.8 faiz artımla 801 dollara çıxıb. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol