“Rusiya heç vaxt öz tarixi boyu, o sırada sovet dönəmində beynəlxalq normalara və müqavilələrə söykənməyib. O, özünü həmişə qab-qacaq dükanındakı fil kimi aparıb”. Musavat.com-un xarici qaynağa istinadən verdiyi məlumata görə, bu sözləri Ukraynanın birinci prezidenti Leonid Kravçuk deyib. Onun sözlərinə görə, hazırkı Rusiya da qonşu dövlətlərlə beynəlxalq anlaşmalara, imzaladığı sənədlərə söykənmir. Nümunə kimi Kravçuk 1995-ci ildə Rusiyanın Ukrayna ilə imzaladığı dostluq və əməkdaşlıq və nüvə silahı haqda memorandumları göstərib.
“Moskva faktiki surətdə bu memorandumlara əməl eləməkdən imtina elədi, hərçənd onları prezident Boris Yeltsin imzalamışdı” - əlavə edib eks-prezident.


Şərhlər