Menu

Müxalifət lideri Bəşər Əsədin dəvəti ilə Suriyaya gedir

26.02.2015, 15:48
Müxalifət lideri Bəşər Əsədin dəvəti ilə Suriyaya gedir

Vətən Partiyasının başqanı Doğu Perincek Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə Şama 3 günlük səfərə hazırlaşır. Partiyadakı qaynaqlardan “Yeni Müsavat”a verilən bilgiyə görə, fevralın 28-dən martın 3-dək davam edəcək səfərdə Doğu Perinçeki 12 nəfərlik heyət müşayiət edəcək.

Türkiyə müxalifət liderləri Bəşər Əsədlə yanaşı Suriyanın bir sıra hökumət və dövlət rəsmiləri ilə də müzakirələr aparacaq. Səfər “Qonşularda barış- yurdda barış” devizi altında keçirilir. Əsas müzakirə mövzuları iki ölkənin iqtisadi münasibətlərinin yenidən dirçəldilməsi persperktivləri və terrorla birgə mübarizə tədbirləri olacaq.

Partiya sədri Doğu Perinçek gözlənilən səfərlə bağlı açıqlamasında deyib ki, Türkiyənin xarici siyasətində son illər açılan taraların sarılması üçün bütün siyasilər səfərbər olmalıdır: “Tayyib Ərdoğanlar qonşularımızın evini yandırıb. İndi alovlar bizim evimizin qapısını, pəncərəsini yalayır. Suriyanın başına açılan bəla Türkiyənin başına açılan bəladır. Suriya düşmənliyi Türkiyə düşmənliyidir, Suriyanın ərazi bütövlüyü Türkiyənin ərazi bütövlüyüdür. Suriya İraq və İranla işbirliyi quraraq bölgəmizdəki bölücü terrora son qoymalıyıq. Milli hökumətimiz qurulanda isə Bəşər Əsədlə bərabər Süleyman Şah tübəsində sayğı duruşunda bulunacağıq”.

Vətən Partiyası 3 günlük Suriya səfərinə gedəcək heyətin tərkibini də açıqlayıb. Heyətdə Doğu Perinçeklə Türkmən Parlamentinin başqanı professor Ümit Akkoyunlu, Eskişehir millət vəkili Süheyl Batum, keçmiş müdafiə naziri Barlas Doğu, İzmir millət vəkili Virgül Ayman Güler, Adana Sənaye Qurumu başqanı Fırat Karalı, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahın keçmiş istihbarat müdürü general İsmail Hakkı Pekin, Vətən Partiyası başqanının müavinləri Şule Perinçek, Yunus Soner, AKP-nin qurucusu, baş nazirin keçmiş müavini Abdullatif Şener, iş adamı Ali Rza Tekin, Mardin aşirət lideri Abdulkadir Yıldız, Türkiyə-Suriya dostluq qrupunun baş koordinatoru professor Mehmet Yuva da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol