Menu

"Banklar hər ay bütün maşımı alır, ailəm acdır" - Ucardan ŞİKAYƏT

26.02.2015, 16:41
"Banklar hər ay bütün maşımı alır, ailəm acdır" - Ucardan ŞİKAYƏT

1ucUcar Rayonu Rəstəcə kəndi sakini Hüseynov Sərvan Kərəm oğlu tərəfindən "AzPolitika.info"ya şikayət məktubu daxil olub. Məktubda deyilir: "Mən10 ildir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon Şöbəsində bölmə komandiri vəzifəsində işləyirəm. İşimdən və dövlətimizin verdiyi maaşdan çox razıyam. Ancaq "Respublika" Bankının Göyçay filialı və "Kapital" Bankın Ucar filialı aldığım 440 manat əmək haqqının hamısını kredit borcuna götürdüklərinə görə, ailəm yoxsulluq şəraitində, acınacaqlı vəziyyətdə yaşayır.Himayəmdə olan 3 azyaşlı uşağımın həyat və sağlamlıqları ciddi təhlükədədir.Ata evində darısqallıq olduğu görə yeni ev tikdirmək üçün bu banklardan kredit pul götürdüm. İlk növbədə mən elə bilirdim ki, götürdüyüm kredit pula görə aylıq maaşımın yarısını Bank alacaq. Ancaq belə olmadı "Respublika" Bankının Göyçay filialı maaşımın hamısını birbaşa götürdü. Hətta məndən əlavə pulda tələb edirlər. İndi isə məni qorxudurlar ki, tezliklə krediti ödəməsən Fövqəladə Hallar Nazirliyinə müraciət edəcəyik səni işdən qovsunlar.

10 ildir ki, FHN-nin Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsində işləyirəm. Nizam-intizamı daima gözləmişəm. Mənim əmək haqqımı tamamilə əlimdən alıb ailəmi dilənçi vəziyyətinə salan "Respublika" Bankı və "Kapital" Bank indi məni işdən qovma ilə hədələyirlər. Bu haqsızlıqdır.Bankdan kredit götürmüşəm borcum var. Bunun məsuliyyətini bilirəm və hər ay ödəyirəm. Ancaq mən Bank rəhbəliyinə müraciət edib xahiş etdim ki, ailə vəziyyətimi nəzərə alıb maaşımın yarsını borcuma çıxın. Yarsını da özüm alım ki, ailəm acından ölməsin. Bunlar isə məni işdən qovdurmaqla hədələdilər. Allahı başınızın üstündə görün, bu haqsızlıqdır. Üç azyaşlı körpənin ah-naləsi Sizi tutar.

Mən bütün aidiyyatı orqanlardan xahiş edirəm, mənə kömək edin. Halal 440 manat maaşımdan acından ölməyib dolanmaq üçün ailəmə də qalsın. Xahiş edirəm köməklik edin".

"Respublika" Bankının Göyçay filialının və "Kapital" Bankın Ucar filialının da mövqeyini işıqlandıra bilərik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol