Menu

“Cihadçı Con”un kimliyi bilindi

26.02.2015, 18:22
“Cihadçı Con”un kimliyi bilindi

İŞİD-çi terroristin London sakini olduğu məlum olub

“Cihadçı Con” ləqəbi ilə tanınan İŞİD-çi terroristin London sakini olduğu məlum olub. Anspress-in məlumatına görə, onun əsl adına da aydınlıq gəlib. Britaniya xüsusi xidmət orqanlarının araşdırmasına görə, “Cihadçı Con”un əsl adı Məhəmməd Embazidir.

2014-cü ildə isə xüsusi xidmət orqanları “Cihadçı Con” ləqəbli terrorçunun 23 yaşlı Abdel-Məcid Abdel Bari olduğunu zənn ediblər.

Məhəmməd Embazi ilk dəfə ABŞ-dan olan jurnalist Ceyms Foulinin edamı zamanı diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, İŞİD terror təşkilatı radikal qruplaşmadır. Bu təşkilatın fəaliyyəti ölkələr bir sıra ölkələrdə qadağan edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol