Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilir.
Trend-in məlumatına görə, "Beşiktaş" doğma meydanda "Liverpul"u qəbul edib. İlk oyunda minimal hesabla məğlub olan "qara qartallar" cavab görüşünün ilk hissədə rəqib qapısına yol tapa bulməyiblər.
İstanbullular istəklərinə 72-ci dəqiqədə çatıblar: Tolqay Arslanın möhtəşəm zərbəsi qola çevrilib.
Matçın əsas vaxtında başqa qol qeydə alınmadığından və ümumi hesab bərabər olduğundan, komandalar əlavə yarım saat da top qovublar. İngilislərdən xeyli üstün oyun sərgiləyən türklər bunu hesabda əks etdirə bilməyiblər - 1:0.
Penalti seriyalarında isə "Beşiktaş" daha dəqiq olub: - 5:4.


Şərhlər