Menu

Baş Prokurorluqdan ABU-nun tələbələri ilə bağlı açıqlama

10.12.2013, 17:44
Baş Prokurorluqdan ABU-nun tələbələri ilə bağlı açıqlama

İlyar Vahabov: "Biz bu məsələ ilə bağlı heç bir söz deyə bilmərik"

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin taleyi ilə bağlı məsələ hələki həll olunmamış qalmaqdadır. Tələbələrin Movqe.az-a verdikləri xəbərə görə, artıq Təhsil Nazirliyindən onlara bu məsələnin nazirliyin səlahiyyətində olmadığı cavabı verilib. Movqe.az-ın sualını cavablandıran Təhsil Nazirliyinin nümayəndəsi İlyar Vahabov da bildirib ki, hazırda ABU-nun tələbələrinin işi ilə bağlı toplanmış materiallara Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsi baxır: "Biz bu məsələ ilə bağlı heç bir söz deyə bilmərik. İstintaq gedir. İstintaq yekunlaşdıqdan sonra nəticə bəlli olacaq. Nə sualınız varsa Baş Prokurorluğa ünvanlayın".

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə istintaqın gedişi ilə bağlı sorğumuza cavabında bildirib ki, fəaəliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş qanun pozuntuları, o cümlədən korrupsiya hüquqpozmaları ilə əlaqədar bir qrup vətəndaşın müxtəlif dövlət orqanlarına, o cümlədən Baş Prokurorluğa ünvanladıqları müraciətləri əsasında toplanmış material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi başlanılıb E. Sultanov qeyd edib ki, hazırda iş üzrə vətəndaşların pozulmuş hüquqlarının bərpası istiqamətində istintaq tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol