Menu

Ermənilər rus qısası aldı -FOTO

27.02.2015, 23:41
Ermənilər rus qısası aldı -FOTO

Gümrüdə daha bir Rusiya hərbi qulluqçusu qalmaqalı yaşanır

Ermənistanda Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhəd İdarəsinin Ermənistandakı hərbi qulluqçusu Artur Afyanın itkin düşməsi ilə bağlı cinayət işi açılıb.ANS PRESS-in məlumatına görə, Ermənistan vətəndaşı olan Rusiya hərbi qulluqçusu haqqında Ermənistan cinayət məcəlləsinin "qəsdən adam öldürmə" maddəsilə cinayət işi açılıb.

Artur Afyanın itkin düşməsi ilə bağlı onun həyat yoldaşı da dindirilib. O bildirib ki, fevralın 21-də səhər saatlarından etibarən Artur Afyan telefon zənglərinə cavab vermir: "Son dəfə o danışanda dedi ki, Gümrüdən çıxıb evə - Marmaşen kəndinə gəlirəm".

Artur Afyanın Gümrü şəhərində yoxa çıxdığı bildirilir. Rusiya Müdafiə Nazirliyi isə hərbi qulluqçunun itkin düşməsi faktını təkzib edib.

Qeyd edək ki, yanvarın 12-də Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakov bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol