Polis paytaxtda oğurluq hadisəsilə bağlı əməliyyat keçirib.
Bakıda oğurluqla məşğul olan gənclər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 2-ci polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 26-da səhər saatlarında Buzovna qəsəbəsi R.İmanov küçəsində Sənan Səfərova məxsus mağazanın qapı kilidini sındırmaqla, mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Onlar Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kənan Cavid oğlu Cabbarov, Lənkəran rayon sakini, 1997-ci il təvəllüdlü Nahid Valeh oğlu Mənsimov və Masallı rayon sakini 1998-ci il təvəllüdlü Zahir Rasim oğlu Mustafayevdir.
Faktla bağlı araşdırma aparılır


Şərhlər