Ermənistan KİV-nin verdiyi məlumata görə, 28 fevral 2015-ci ildə işğal olunmuş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Trend düşmən hərbçilərinə qarşı həyata keçirilmiş həmin əməliyyatın görüntülərini əldə edib.
Əldə etdiyimiz kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.
Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.
Müdafiə Nazirliyindən virtualaz.org saytına daxil olan məlumata görə, həmin gün Ermənistan ordusunun diversiya qrupu ordumuzun mövqelərinə doğru diversiya həmləsi edib, lakin əsgərlərimiz düşmənin diversiya qrupunu vaxtında aşkar edib və preventiv tədbirlərə əl ataraq düşmənin diversiya qrupunun komadirini və daha bir neçə hərbçisini tamamilə zərərsizləşdirib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, təmas xəttində vəziyyət Azərbaycan ordusunun tam nəzarəti altındadır.
Qeyd edək ki, həmin gün təmas xəttində ordumuzun həyata keçirdiyi başqa bir əməliyyat nəticəsində Ermənistan ordusunun iki hərbçisi məhv edilmişdi.
Ermənistan Müdafiə Nazirliyi bu iki hərbçinin öldürüldüyünü təsdiq etsə də 5-6 nəfərlik diversiya qrupunun zərərsizləşdirilməsi barədə susur.
Azərbaycan Ordusunun Ermənistanın 2 hərbçisinin məhv edilməsi ilə nəticələnən həmin əməliyyatının görüntülərini Trend-ə istinadən təqdim edirik.


Şərhlər