Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalanın PKK-ya fövqaladə qurultay çağırışından sonra 7 mərhələli “Yol xəritəsi” üzə çıxıb. Musavat.com-un məlumatına görə, bu “Yol xəritəsi”nin 4-cü mərhələdə silahlar dövlətə təslim ediləcək. HDP-nin açıqladığı barışıq yolunun ilk mərhələsində məşhur aktyor Kadir İnanır da rol alıb.
"Yol xəritəsi"ni təqdim edirik:
1. Hökumət və HDP-nin ortaq qərarlaşdırdığı 14 nəfərlik monitorinq qrupu İmralı adasına gedəcək. Heyətdə məşhur aktyor Kadir İnanır da yer alacaq.
2. PKK-nın qolu olan KCK-nin (Kürdüstan Cəmiyyətləri Birliyi) həbsdə olan xəstə üzvləri azad ediləcək.
3. İmralı adasında Öcalanın yanında olan məhkumlar dəyişəcək.
4. Bahar aylarında PKK qurultay keçirərək atəşkəsi açıqlayacaq və silahlarını təslim edəcək.
5. Hökumət öhdəsinə düşən addımları atmağa başlayacaq.
6. Monitorinq qrupu öhdəliklərin yerinə yetirildiyini bildirsə növbəti mərhələyə keçilməsi üçün proses başlayacaq.
7. Öcalanın razılığından sonra hüquqi və vətəndaş cəmiyyəti nümayəndəliyi qurmaqdan ibarət mərhələyə keçiləcək.


Şərhlər