Menu

Avro Bölgəsində çətin günlər bitir

02.03.2015, 16:12
Avro Bölgəsində çətin günlər bitir

“Reuters”də yer alan bir analizdə, Yunanıstan çətinliklərinə baxmayaraq, Avro Bölgəsində digər ölkələrdəki yaxşılaşmalar ilə işlərin yoluna düşməyə başlayacağına işarə edilib.

Təhlilə görə, bunun ən gözəl nümunəsi İrlandiya və İspaniyadır. Hər iki ölkə də Yunanıstan kimi Avropadan yardım almışdı. Bu ölkələr kəmər sıxma siyasətlərini yerində tətbiq edib, struktur islahatlarına davam edərək iqtisadiyyatlarını canlandırdılar. Yardım alan digər bir ölkə olan Portuqaliyada də işlər yoluna düşür.

Avro Bölgəsinin ən güclü ölkəsi Almaniyadan da yaxşı xəbərlər gəlir. Ölkədə saatlıq maaşlarda artım müşahidə olunub. Bu da istehlakçı xərclərinin artması və inflyasiyada canlanma mənasına gəlir.

Bölgənin digər güclü ölkələri Fransa və İtaliya da uzun zamandır təxirə saldıqları iqtisadi islahatları həyata keçirməyə başlamağa hazırlaşır. İtaliya və İspaniyada şirkətlərin istifadə etdiyi kreditlərin artması da işlərin yaxşı getdiyinə dair digər bir göstəricidir.

ŞÜBHƏ EDƏNLƏR DƏ VAR

Ancaq bütün analitiklər eyni fikirdə deyil. Şübhəli təhlilçilərə görə, Yunanıstanda sol hökumətin hakimiyyətə gəlməsi, 19 üzvü olan regiondakı iğtişaşların başlanğıcıdır. Avropanın cənubundakı ölkələrdə də eyni Yunanıstanda olduğu kimi üsyanlar başlayacaqdır.

DAVAMLI OLMAYAN DAVAM ETDİRİLƏ BİLİNMƏZ

ABŞ-lı iqtisadçı Milton Fridmanın “Davamlı olmayan bir şey davam etdirilə bilinməz” inancı son dövrdə yenidən ifadə edilir. İnancları bu istiqamətdə olan mütəxəssislər, bazar təzyiqinin qısa zamanda ortaq pul vahidini davam etdirmək istəyən siyasi istəyi sona çatdıracağını düşünür.

ALMANİYA FAKTORU

Ekspertlərə görə, Almaniya artıq orta valyuta ittifaqında yüksək inflyasiya, borcların bağışlanılmasını, birgə Avrobondların ixracını ya da maliyyə yardımları istəmir. /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol